Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-15 16:32:00
İxtisas seçiminin nəticələri elan olundu - Buradan öyrənin

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi müsabiqəsinin nəticələri elan olunub.

AzEdu.az xəbər verir ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən (şəxsi kabinetin İstifadəçi adı (FİN kod) və parolunu yazmaqla) və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçimi iyulun 30-da başlayıb və avqustun 14-ü başa çatıb.