Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-11 13:30:00
Müəllimlərin daimiləşdirilməsi üzrə müsahibə MÖVZULARI bunlardır

Müddətli müqavilə əsasında işləyən müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək şəxslər üçün Azərbaycan və rus bölmələri üzrə müsahibə mövzuları açıqlanıb.

 

Bu barədə AzEdu.az-a Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər. Müsahibə zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılacaq.

 

Xatırladaq ki, müəllimlərin iş yerinin daimiləşdirilməsi üzrə müsabiqənin elektron qeydiyyat mərhələsi martın 1-dən 7-dək davam edib. Ümumilikdə 2 min 717 namizəd qeydiyyatdan keçərək elektron ərizəsini tamamlayıb və müsabiqədə iştirak etmək üçün müraciət edib.