Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-11 15:21:00
Bağçalara işə qəbul imtahanlarına BU FƏNLƏR salına bilər-Şöbə müdiri

 

 

“Bağçalarda işə qəbul zamanı MİQ-də olduğu kimi 40 sual metodikadan, 20-i isə kurikulumdan salınmalıdır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil İnstitutunun şöbə müdiri Laləzar Cəfərova deyib.

 

Belə ki, bağçalar Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra burada işləyəcək müəllimlər üçün işə qəbul müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

 

Laləzar Cəfərova keçirilməsi nəzərdə tutulan  imtahanlara hansı fənlərin daxil edilməsi fikrinə aydınlıq gətirib:

 

“Bağçada tərbiyəçi vəzifəsində çalışmaq istəyən şəxslər ilk olaraq psixoloji testdən keçməlidir. Məktəbəqədər təhsil müəssisələri qanuna uyğun olaraq təhsilin ilkin pilləsi hesab edilir və məktəbdə keçirilən fənlərin  bünövrəsi məşğələ formasında burada tədris edilir. Son illər respublikamızda yeni məzmun dəyişikləri oldu. Umumtəhsil müəssisələrində olduğu kimi məktəbəqədər təhsil müəssisələri də kurikulum üzrə təhsil  standartları əsasında hazırlanmış şəkildə təşkil edilir. MİQ-də olduğu kimi 40 sual metodikadan, 20-si isə kurikulumdan verilir. Mənə elə gəlir ki, bu qayda  məktəbəqədər təhsil müəssisələri üçün kadr seçimində də istifadə oluna bilər. Belə olduqda daha effektiv nəticə əldə etmək mümkündür. Bu təhsilin səmərəli təşkilinə kömək edəcək.

 

Sullara uşaqların ətraf-aləmlə tanışlığı, nitq inkişafının təşkili, bədii təfəkkürün yüksəldilməsi, məntiqi və riyazi biliklərin irəliləməsinə aid olan test tapşırıqları salına bilər. İstəyərdim ki, sırf məktəbəqədər təhsil üzrə suallar imtahan proqramına salınsın. Pedaqoji texnologiyalar üzrə sualların tərtib olunması daha effektiv ola bilər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları