Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-11 14:30:00
Dövlət orqanlarında vakant vəzifələr üzrə 26 namizəd uğur qazandı

Yeddi dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üzrə ötən il dekabrın 13-dən başlanan ümumi müsahibə davam edir.

 

 AzEdu.az xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla müsahibəyə çıxarılan vəzifələrin 38-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 20-si B növünə (inzibati icraçı) aiddir. Müsahibədə iştirak etmək üçün 162 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 13:45-dək olan məlumata görə, müsahibədə uğur qazanmış 26 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Müsahibələr martın 29-da başa çatacaq.