Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-10 13:00:00
Valideynlər imtahan ərəfəsi BU SƏHVLƏRƏ yol verirlər-SƏBƏBLƏR

Hazıda buraxılış imtahanları davam edir. Belə məqamda valideynlər diqqətli olmalı, övladlarının psixoloji vəziyyətlərinə nəzarət etməlidir.

 

 AzEdu.az valideynlərin imtahan sonrası övladları ilə necə davranmalı olduğunu təqdim edir:

 

 1.Övladınıza dəstək olun, onunla dost kimi davranın;

 

 Övaldınız sizi dost kimi görsə, bütün problemlərini paylaşa biləcək.  

 

 2.İstirahətə çıxın;

 

 İmtahan nəticələri açıqlana qədər istirahət etmək övladınızı stresdən uzaqlaşdıracaq.  

 

3.Gələcəklə bağlı neqativ düşüncələrə qapılmayın;

 

Gələcəkdə bağlı hər zaman seçim və ümid var. İmtahan nəticələrini bilinmədən ehtimallar üzərində danışmaq yararlı olmaya bilər. 

 

 4.Onu nə qədər sevdiyinizi hiss etdirin;

 

Nəticə nə olsa da, valideynlər övladları ilə bağlı vəzifə və öhdəlikləri yerinə yetirməlidirlər. Onları həmişə sevəcəyinizi və yanlarında olacağınızı hiss etdirin.

 

 5.Universitet seçimi haqında danışmayın;

 

İmtahan nəticələri açıqlana qədər universitet seçimi mövzusunda danışmayın. Proses tamamlandıqdan sonra kifayət qədər vaxtınız olacaq.

 

 6.Övladınızı digər uşaqlarla müqaisə etməyin;

 

Əgər siz "qonşunun uşağı qəbul oldu, sən bacarmadın" kimi sözlər işlətsəniz, o zaman, təbii ki, onda ağır psixoloji problemlər, depresiyalar yaranacaqdır.

 

 7.Gözləntidə real olmağa çalışın;

 

 Hər valideyn uşağının bilik səviyyəsina bələddir. Gözləntinizi ona uyğun müəyyənləşdirin.

 

Unutmayın, həyat və imtahan bir-birindən çox fəqlidir. İmtahanda uğursuz olmaq həyatda da uğursuz olacağınız demək deyil.

 

 Gülcahan Məmmədova