Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-09 15:40:00
Şagirdlər ixtisas qruplarına daxil olmayan fənləri ağır keçməməlidir-Ekspert

 

“Məktəb ixtisas qruplarına daxil olmayan fənləri lazım olmayan ağırlıqda tədris etməyə bilər”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında orta təhsil üzrə ekspert Anar Məmmədov deyib.

 

Belə ki, son illər ixtisas quplarına daxil olmayan fənlərin mənimsənilməsində azalma halları müşahidə edilir.

 

Anar Məmmədov məsələ ilə bağlı fikirlərini bildirib:

 

“Fənn qəbul imtahanı proqramına daxil olmasa belə, rəhbərlik və metodiki səviyyədə təsdiqləmələr həyata keçirilir. Şagirdlərin daxili imtahanlar zamanı  göstərdiyi nəticələr  təhlil olunur.

 

Hər məktəb dövlət proqramı çərçivəsində  müəllimə ayırdığı saatları  saxlamağı kifayətdir ki,  dərs maraqlı keçsin.

 

Çox sayda şagirdlər var ki, yuxarı siniflərdə öz qruplarına aid olmayan  fənlərə maraq göstərirlər. İmtahanı olmayan fənləri məktəbin özü   lazımı ağırlıqda tədris etməyə bilər.

 

 

Qrupların əksəriyyətində idman fənni olmur, lakin xüsusi qabilliyət tələb edən  fakültələrdə istifadə olunur. Amma hazırda idman fənninə olan maraq azalmayıb. Əksinə bununla bağlı dərnəklər artıb. Məktəblərdə basketbol, badminton, voleybol komandaları, müxtəlif şahmat dərnək və turnirləri yaradılıb. Hətta son zamanlar qılıncatma ilə bağlı dərnəklər də yaradılıb. 4 -cü qrupa sənəd verən şagird  coğrafiyanı bir o qədər ağırlıqlı mənimsəmir, amma  coğrafiya fənni tədris edilməlidir, çünki 44 günlük müharibə  nəticəsində Azərbaycan  coğrafiyasında  bir çox dəyişiklər oldu. Şagirdlərin qrupuna daxil olmayan fənn maksimal ağırlıqda keçilməməlidir ki, o öz ana fənlərini oxuya bilsin. Lakin onun marağı olmalıdır ki, o, məlumatlı ola bilsin. 4-cü qrupa getməyən insan kimyanı bilməlidir, lakin onun dərin reaksiyalar aparmasına ehtiyac yoxdur”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları