Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-09 11:45:00
Müəllimlər təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi barədə məlumatlandırılıb  

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə hazırlıqla bağlı onlayn görüş keçirilib.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi tərəfindən keçirilən qrant müsabiqəsinin əhəmiyyəti barədə danışıb, bu kimi layihələrdə müəllimlərin iştirakının vacibliyini vurğulayıb. Bildirib ki, dövlət tərəfindən məktəbə, təhsilə, müəllimə yaradılmış şərait təhsil işçilərini daha da ruhlandırır, öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.

 

Mehriban Vəliyeva öz layihələri ilə müsabiqəyə qoşulmaq arzusunda olan müəllimlərə uğurlar arzulayıb.

 

Daha sonra iştirakçılara müsabiqə mövzuları, şərtləri, təqdim olunacaq sənədlərlə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbuluna fevralın 15-dən başlanılıb. Layihələrin qəbulu martın 31-dək www.grants.edu.az saytı üzərindən aparılacaq.

Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.