Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-06 17:25:00
On iki nəfər TOEFL iBT imtahanı verib

Dövlət İmtahan Mərkəzində növbəti TOEFL iBT imtahanları keçirilib. Martın 5-6-da keçirilən imtahanlarda ümumilikdə 12 nəfər iştirak edib.

 

AzEdu.az xəbər verir ki, imtahan Mərkəzin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

 

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib.

 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının martın 26-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytında verilmiş linkdən əldə etmək olar.