Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-14 15:19:45
Cümhuriyyət dövründə universitetə qəbul bu cür aparılırdı – Tarixi sənəd

Azərbaycan Cümhuriyyətinin mövcud olduğu qısa zaman kəsimində gördüyü mühüm işlərdən biri də  universitetin açılması oldu.

Azərbaycan Dövlət Universitetinin yaradılması Şərq təhsil sistemində həqiqətən də bir hadisə oldu. ADR aydınları universiteti yaratmaqdan ötrü bir çox çətinliklərə sinə gərəsi oldular. Bəzən, Cümhuriyyətin parlamentində gedən müzakirələrdə deputatlar bir-birilə mübahisə etməkdən çəkinmir, universitetin açılmasını məqbul bilmirdilər. Lakin həqiqət ən sonda qalib gəldi.  1919-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) əsası qoyuldu.

AzEdu.az xəbər verir ki, tədqiqatçı alim Ədalət Tahirzadənin sözlərinə görə, yarandığı ildə cəmi bir neçə fakültə ilə işə başlayan universitetə qəbul söhbətlə aparılırdı. Gimnaziyanı və edadi (real) məktəbi bitirənlər isə söhbətsiz götürülürdü.

İlk qəbul elə 1919-cu ildə aparılıb. Əslində çar dönəmində qəbul heç söhbətsiz də, yalnız gərəkli sənədləri təqdim etməklə aprılırdı. Yalnız ən önəmli texniki ixtisaslarda imtahan olurdu. Cümhuriyyətdə də bu qayda saxlanıldı.

AzEdu.az tədqiqatçıya istinadən Cümhuriyyət dövründə universitetə qəbul prosesini özündə əks etdirən sənədi təqdim edir