Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-28 16:07:00
Dövlət Proqramı məzunlarının məşğulluğu təmin ediləcək  

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində təhsilini uğurla bitirmiş gənclərin Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək prioritet sahələrdə məşğulluğunun təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.

 

Bu prioritet istiqamətin reallaşdırılması üçün ehtiyac duyulan sahələr üzrə iş təkliflərinin verilməsi və karyerada yüksəliş mexanizmi hazırlanacaq. Dövlət orqanlarında bu Dövlət Proqramı çərçivəsində məzun olmuş şəxslərin işlə təmininə üstünlük veriləcək.

 

AzEdu.az xəbər verir ki, bu, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nda yer alıb.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin 28 fevral tarixli Sərəncamı ilə Dövlət Proqramı təsdiq edilib.