Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-22 16:34:00
Macarıstanda magistratura təhsili almaq üçün təqaüd proqramına sənəd qəbulu aparılır

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə elan etdiyi təqaüd proqramına sənəd qəbulu aparılır.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqram 2022-2023-cü tədris ili üzrədir. Təqaüd proqramı qida təhlükəsizliyi və keyfiyyət mühəndisliyi ixtisasları üzrə magistratura pilləsini özündə ehtiva edir. Müraciətlər fevralın 28-dək qəbul olunur.
Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.