Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-13 15:22:00
Müəllimləri ən çox narahat edən sualın dəqiq cavabı AzEdu.az-da – Dərs saatı nigaranlığı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb. Mərhələnin nəticələri barədə müvafiq məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Beləliklə, müəllimliyə namizədləri artıq bir sıra suallar narahat edir.

AzEdu.az-ın “çat xidməti” vasitəsilə müəllimlərin ən çox verdiyi suallardan biri də budur:

SUAL:  - “Təhsil Nazirliyinin elə bir qanunu varmı ki, müəllim işə hansı saatla qəbul olunubsa,  3 il yalnız o saatla dərs aparmalıdır?”

CAVAB:  -Elə bir qayda yoxdur. Hər il sinif komplektinə uyğun olaraq  dərs saatı müəyyənləşdirilir. Ola bilər ki, müəllimə bir il 20 saat, növbəti il isə 10 dərs saatı ayrılsın. Təbii ki, müəllimin Diaqnostik Qiymətləndirmə və MİQ balı nəzərə alınmaq şərtilə.

Qeyd edək ki, Azərbaycan təhsil portalı oxucuları - çoxsaylı təhsil kontingenti (şagird, müəllim, tələbə, valideyn) üçün yeni “çat xidməti”ni davam etdirir.

“Çat xidməti” barədə ətraflı məlumat üçün: http://azedu.az/az/news/4553