Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-13 11:11:16
Bu ölkədə magistrantlardan elmi iş tələb olunmur - Mütləq təcrübə keçməlidirlər

Hətta təhsilinin ən yüksək inkişaf dövrünü yaşayan dünya ölkələrində də insanlar bəzən xaricdə təhsil almaq istəyirlər.

Azərbaycanda da xarici ölkələrdə təhsil almaq istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi Çin və digər yerlərdə təhsil almağı hədəf seçib.

Bu şansdan yararlanmaq üçün AzEdu.az xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlərə məlumatları verməkdə davam edir. Bu dəfə Avropa ölkəsi olan Fransada magistratura təhsili almaq istəyənlər üçün şərtləri təqdim edirik.

Fransada magistr proqramları ümumilikdə iki cür olur: akademik magistratura (Master recherché) və təcrübi magistratura (Master professionnel)

Birinci növ - akademik magistratura ,akademik kariyera hədəfləyən tələbələrə, ikinci “master professionnel” isə iş həyatına istiqamətlidir.

Türkiyə və Azərbaycanda bakalavr təhsili 4 il davam etdiyi halda, Fransada 3 il davam edir. Magistr dərəcəsi alan tələbələr isə iki il əlavə təhsil alırlar. Bu təhsilin birinci ili Master 1 (M1), ikinci ili isə Master 2 (M2) adlanır.

Misal üçün, Türkiyədən Fransaya magistr oxumağa gedənlər, orada da oxuduqları ixtisası seçərlər və ixtisas dəyişimi etməzlərsə, yalnız M2 oxumaları yetərlidir.

“Master professionnel” oxuyan tələbələrin elmi iş yazmalarına ehtiyac yoxdur, onların məzun olması üçünyalnız təcrübə keçmələri lazımdır. Bir çox tələbə birinci semestrdə dərslərə girir, ikinci semestrdən etibarən isə təcrübə keçməyə başlayır. Beləcə təhsillərini başa vuruular. Bu, eynilə M1 oxuyanlar üçün də keçərlidir.

Franda magistrantlar ancaq təcrübə müddəti bitdikdən və ixtisaslarına dair sərbəst iş hazırladıqdan sonra məzun olurlar.

Lakin Fransada təcrübə keçmək heç də asan deyil. Dərslərində müvəffəqiyyətli olan tələbələr belə bəzən bu mərhələdə çətinlik çəkirlər. Təcrübə keçmək yalnız xarici tələbələr üçün deyil, elə yerli əhalı üçün də çətindir. Bəzən bir neçə ay davamlı təcrübə keçməyiniz mümkün olmaya bilər. Belə olan halda sentyabra qədər təcrübə keçməyənlər məcbur olaraq təhsil müddətlərini 1 il də uzadırlar.

Fransanın özəl və dövlət universitetlərdə tələbələrə təcrübə tapması üçün istiqamət verən məsləhətçilər çalışır. Bəzən xüsusi məsləhətçilər olmasa belə, kafedra işçilərindən biri bu mövzu ilə maraqlanır.

Birinci semestrin sonuna yaxın təcrübəyə yazılmaq üçün lazımlı olan sənədlərin hazırlanması ilə əlaqədar yığıncaqlar, konfranslar təşkil edilir. Tələbələrin CV, motivasiya məktubu, xasiyyətnaməsi və s, bu kimi sənədləri oxunub düzəldilir, metodoloji olaraq nəzərdən keçirilir. Sənədlərə hansı məlumatların əlavə edilməsi və ya silinməsi barədə məlumat verilir.

Təcrübə barədə ətraflı məlumatı bu linklərdən əldə edə bilərsiz:

https://www.monster.fr/ 
https://www.indeed.fr/ 
http://www.vitijob.com/ 
https://www.jobijoba.com/fr/ 
http://www.profilculture.com/