Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-18 16:49:00
Magistratura imtahanında iştirak üçün vaksin pasportu tələb olunur?-Dəqiq CAVAB

 

Fevralın 20-də Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I cəhdi keçiriləcək.

 

Nazmizədlər DİM-in saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni (buraxılış vərəqəsi ilə birlikdə çap edilir, imzalanır və imtahan zalına daxil olduqda nəzarətçiyə təhvil verilir) çap edə bilərlər.

 

Bəs imtahanda vaksin pasportu tələb olunur?

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata əsasən, imtahana giriş zamanı namizədlərdən COVID-19 vaksin və ya immunitet sertifikatı tələb olunmur.

 

Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.