Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-13 09:10:00
MİQ üzrə müsahibə mərhələsinə start verildi

Bu gün müəllimlərin işə qəbulu imtahanının müsahibə mərhələsinə start verilir.

AzEdu.az bu gün Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili və İbtidai sinif müəllimliyi üzrə müsahibə mərhələsidir. Namizədlər test mərhələsinin nəticələri əsas tutulmaqla proqram təminatı tərəfindən elektron yerləşdirmədə iştirak ediblər. Bu mərhələni uğurla keçən 4337 namizəd müsabiqənin yekun – müsahibə mərhələsində iştirak edəcək. Həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat göndərilib.

Qeyd edək ki, avqustun 13-dən etibarən keçiriləcək müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.