Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-18 14:22:00
Bu keyfiyyət göstəricilər universitetdə təhsilverənlərin fəaliyyətinə aid olsa da, tam əməl olunmur-QAYDA

 

Universitetdə elmi fəaliyyət professor-müəllim heyətinin işinin tərkib hissəsidir.

 

Ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınır.

 

AzEdu.az xəbər verir ki, ali təhsil müəssisələrində təhsilverənlərin keyfiyyət göstəricilərinə aşağıdakılar daxildir:

 

- öz fəaliyyətlərində innovativ təlim, informasiya-telekommunikasiya, müasir texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etmək;

 

- ali təhsilli olmaqla yanaşı, müvafiq elmi dərəcəyə malik olmaq;

 

-mütəmadi olaraq öz elmi səviyyəsini, bilik və bacarıqlarını artırmaq

 

Təhsilverənlərin keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən attestasiya qaydalarına əsasən müəyyən edilir.