Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-16 15:27:00
MİQ-də bu qaydalar dəyişəcək-MÜDAVİMLƏRİN NƏZƏRİNƏ

Müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik edilib.

 

AzEdu.az həmin dəyişikləri təqdim edir:

 

Test imtahanı mərhələsində sualların cavablandırılması üçün verilən 90 dəqiqə 120-yə çatdırılıb.

 

Ümumilikdə, 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Ənənəvi şəkildə 60 sual təqdim olunacaq. Cavablandırılma zamanı qiymətləndirmə fərqli tərtib ediləcək. Əvvəlki kimi 60 yox, 100 bal əsas götürüləcək. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq.

 

Yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən silinəcək.

 

Əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək. Namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” əsasında müəyyənləşdiriləcək.

 

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində ölkə üzrə istənilən vakant yerə yerdəyişmə etmək imkanına malik olacaqlar. 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları