Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-10 06:46:58
Göz məşqləri edib, çubuqla döyülən şagirdlər – Qəribə Çin məktəbləri

Çində şagird və ya müəllim olmaq asan deyil. 1,5 milyarddan çox əhalisi olan dövlətdə insanlar böyük məsuliyyət, zəhmətlə birlikdə addımlayırlar. Cəmiyyətin də bu çətinliklərin öhdəsindən gəlməkdən başqa seçimləri yoxdur. Çinli uşaqlar 1-ci sinifdən etibarən belə hallara alışqan olduqları üçün onlar ölkələrindəki mövcud problemlərə daim hazırdırlar.

Çində uşaqlar 3 yaşdan 6 yaşa qədər məktəbəqədər təhsilə cəlb olunur. Orta təhsil isə 6 il davam edir ki, bu da 12 yaşdan 18 yaşa qədər olan dövrü əhatə edir. Çinin bəzi əyalətlərdə ibtidai təhsil 5 il müddətinə davam edir.

Statistikaya əsasən, ölkə üzrə ibtidai və orta təhsil pilləsində oxuyan şagirdlərin sayı 200 milyon nəfəri ötür.

Göründüyü kimi Avropa təhsili ilə Çin təhsili arasında olduqca böyük fərqlər vardır.

AzEDU.az müxtəlif ölkələrin orta məktəblərində mövcud olan ən maraqlı məqamları sizinlə bölüşməkdə davam edir. Bu dəfə Çin Xalq Respublikasının orta təhsil sistemindəki 10 maraqlı faktı diqqətinizə çatdırırıq:

1.Bir çox Çin məktəblərində mərkəzi isitmə sistemi yoxdur. Bu sistem ölkənin yalnız şimalında mövcuddur. Mərkəzi və Cənubi Çindəki tikililər isə isti iqlim üçün nəzərdə tutulub. Yəni qışda temperatur aşağı düşə biləcəyi təqdirdə təkcə istilik sistemi kondisionerdir;

2.Çində bütün məktəblərdə məktəbli forması geniş şalvar, jaket və idman ayaqqabılarından ibarətdir. Uniformaların dizaynı rəng və məktəb emblemləri istisna olmaqla, hər biri eynidir;

3.Bütün məktəb binaları günün 24 saatında bağlı olan hündür, dəmir darvazaları ilə məşhurdur. Məktəblərə yalnız məktəblilərin girişinə icazə verilir;

4.Məktəb səhərləri onların havalandırılması ilə açılır. Sonra uşaqlar məktəb və ya dövlət bayraqlarının qaldırıldığı yerə gedirlər. Bütün şagirdlər 3-cü dərsdən sonra mütləq şəkildə göz məşqi edirlər. Səhərlər və günorta saat ikidə, gündə iki dəfə olmaqla onlar sinif otağından çıxaraq müəyyən vaxt çərçivəsində mahnıya qulaq asaraq əylənirlər. Hətta bəzi Çin məktəblərində uşaqlar məktəbin damında məşq edirlər;

5.Nahar fasiləsi olan ən böyük fasilə 1 saat müddətindədir. Çində bütün orta məktəblərdə müəllimlər pulsuz nahar yeməyi ilə təmin olunurlar. Qida rasionuna ənənəvi olaraq daxildir: ət yeməyi, düyü, iki tərəvəz və çörək; Bahalı və özəl məktəblərdə müəllimlərə meyvə və qatıq da təklif edirlər;

6.Çin məktəblərində şagirdlər müəllimlərə böyük hörmətlə yanaşırlar. Uşaqlar müəllimlərini onların soyadı və "müəllim" prefiksi ilə çağırırlar. Məsələn 'Müəllim Zan";"Müəllim Xian" və s. Bir müəllim şagirdin hansısa səhvinə görə onun əlinə çubuqla çırpa bilər.

7.Hər sinifdə asılı olan akademik bir poster vardır ki, o poster uşaqları öyrənməyə daha çox təşviq edir. Siniflər A-dan F-ə qədər bölünür:

A - ən yüksək dərəcəli siniflərdir. ( 90-100%)
F - qeyri-qənaətbəxş dərəcəli siniflərdir. (59%)

Çin Xalq Respublikasında yaxşı davranışın təşviqi təhsilin vacib hissəsidir. Məktəbli özünü yaxşı aparar və yüksək bacarıq nümayiş etdirərsə, əlavə ulduzlar və ballarla qiymətləndirilərlər. Yanlış davrandıqlarında isə şagird ulduz və balların itkisinə səbəb olar.

8.Çin uşaqları gündə 10 saatdan çox təhsil alırlar. Dərslər, adətən, 08:00-da başlayır və günorta 3-4 arası başa çatır. İncəsənət və idman dərsləri Çin məktəblərində əksər hallarda həftəsonları tədris edilir. Çində məcburi orta təhsil 12-13 ildir. Orta məktəb imtahanlarında yüksək nəticə göstərə bilməyənlərin öz ölkələrində universitetə girə bilmə ehtimalları yoxdur;

9.Məktəblər ictimai və xüsusi olaraq iki yerə bölünür. Şəxsi məktəblərdə təhsil haqqı ayda 1000 dollara çata bilər, lakin orada təhsil səviyyəsi daha yüksəkdir. Çində xarici dil öyrənmək vacib bir mövzudur. Elit məktəblərin şagirdləri ingilis dili tədrisinin 5-ci və ya 6-cı ilində artıq bu dildə sərbəst danışa bilirlər;

10.Şanxayda təhsil sistemi verbatim öyrənmə üsuluna əsaslanır. Lakin uşaqların bədii yaradıcılıqlarını inkişaf etdirməyi nəzərdə tutan Montessori və waldorf metodlarına əsaslanan alternativ məktəblər də çoxdur. Əlbəttə ki bu cür məktəblər özəl və bahalı olduğu üçün çox az sayda insana əlçatandır. Təhsil almaqda maraqlı olmayan və ya yoxsul ailələrdən olan uşaqlar isə adi ibtidai məktəblərə və kung-fu məktəblərinə üz tuturlar. Bu cür təhsil müəssisələrində müəllim cəzalarına olduqca çox rast gəlinir.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları