2018-08-12 15:04:00
“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” LAYİHƏSİ başladı
“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi Zəngilan rayonu 6 nömrəli tam orta məktəbi tərəfindən bu ilin bu ilin iyul ayından etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilməyə başlayıb.
Layihənin məqsədi yeniyetmə və gənclər arasında düzgün ixtisas seçmə və eləcə də, onların gələcəkdə məşğulluq vəziyyətinin yaxşılaşdırması və əmək bazarına çıxışa hazır olması istiqmətində baza biliklərinə yiyələnməsinə nail olmaq üçün effektiv yerli və xarici təcrübələrin tətbiqi edilməsidir.
Sözügedən layihə 7 ay ərzində həyata keçiriləcək və sentyabr-oktyabr aylarında layihə çərçivəsində yuxarı sinif şagirdlərinə dərs deyən müəllimlər üçün seminarlar, valideynlər üçünsə “dəyirmi masa”lar təşkil ediləcək. Orada buraxılış siniflərində tədris alan şagirdlərin düzgün ixtisas seçimində istiqamətləndirmə üçün istifadə edilən uğurlu “alət”lər, ölkəmizdə və xaricdə bu sahədəki praktika müzakirə ediləcək, ekspertlər öz tövsiyələrini verəcəklər. Əsas diskussiya məktəb-valideyn əməkdaşlığı ilə şagirdin uğurlu gələcəyini təmini modelini müzakirə etmək, hər bir yer, icma, məktəb, sinif və hətta şagirdə individual yanaşılmasını müəyyənləşdirməkdən ibarət olacaq.
Layihənin sonrakı aylarında şagirdlər üçün təlimlərin təşkil edilməsi nəzərdə tutulub. Təlimlərdə “Peşə seçimində vacib bacarıqlar”, “İxtisas seçinində effektiv təcrübə”, “Müəllimlər və valideynlərlə düzgün münasibətlərin qurulması”, “Komanda işi” və “Liderlik bacarıqları” kimi mövzular ətrafında məlumatlar veriləcək, bu istiqamətdə dinləyicilərin bilik və bacarıqları artırılacaqdır.
Təlimlərdə iştirak etmiş və fəal olanların ibarət qrup formalaşdırılacaq. Həmin qrupun Bakıda yerləşən yerli təşkilatlarına, biznes qurumlarına, tədris mərkəzlərinə və s. səfərləri və həmin qurumlarının iş fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediləcək. Belə səfərlər nəticəsində təlimə cəlb edilmiş fəal dinləyicilərin praktiki bilikləri artacaq, təlimdə nəzəri olaraq əldə etdikləri biliklərin əyani görmək imkanı qazanacaqlar.
Həyata keçirilmiş fəaliyyətlərin sonunda ictimaiyyəti, valideynləri, müəllimləri, şagirdləri və KİV-ləri layihənin yekunu haqqında məlumatlandırmaq üçün yekun prezentasiya təşkil ediləcəkdir. Burada layihənin məqsəd və vəzifələri, gedişi, fəaliyyət zamanı ortaya çıxan problemlər və onları həlli, uğurlar, nəticələr, eləcə də statistik məlumatlar bölüşəcək, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Layihə gələn ilin yenvarında yekunlaşacaq.
Bu bölməyə aid digər xəbərlər
“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb
2024-04-17 17:18:53
Rektor imtahanında maksimum bal toplayan şagirdlə görüşüb
2024-04-17 16:56:51
LDU-da Memorandum imzalanıb
2024-04-15 16:28:26
ADPU-nun dekanı vəfat etdi
2024-04-13 10:54:06
Səfirlik GIPA jurnalistika üzrə magistr proqramına tələbə qəbulu elan edib
2024-04-06 16:54:16
AzTU şəhid məzununa həsr olunan anım tədbiri...
2024-04-05 17:13:25
BMU tələbələri Koreyada tədqiqat proqramında iştirak edib
2024-04-04 17:33:00
Elm və Təhsil Nazirliyinə yeni TƏYİNAT
2024-04-04 12:30:00
Xaricdə təhsil alan daha 58 nəfərin diplomu tanınmayıb
2024-04-03 12:26:24
Məktəblilər BMU ilə tanış olublar
2024-04-02 12:53:11
kitabı
ÇOX OXUNANLAR
8 Aprel 2024, 10:12
10 mart buraxılış imtahanının nəticələri bu həftə açıqlanacaq? - DİM
8 Aprel 2024, 16:36
7 aprel buraxılış imtahanındakı testlərin doğru CAVABLARI
16 Aprel 2024, 13:10
10 mart buraxılış imtahanının nəticələri AÇIQLANDI
8 Aprel 2024, 12:15
Silah videosu ilə məşhurlaşan Ayan: “Ən böyük arzum hərbçi olmaqdır”
11 Aprel 2024, 10:25
Hansı ixtisas qruplarına qəbul olmaq asandır?
8 Aprel 2024, 13:23
Kenquru müsabiqəsinin ilk mərhələsi keçirilib
16 Aprel 2024, 13:26
Buraxılış imtahanından maksimum balı onlar topladı - SİYAHI
9 Aprel 2024, 10:18
Hər kəs savadlı və ali təhsilli ola bilməz...
FACEBOOK