Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-12 13:09:00
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı vəfat etdi

86 yaşına altı gün qalmış məşhur yazıçı Vidiadxar Naypol vəfat edib.

AzEdu.az Trend-ə istinadən xəbər verir ki, yazıçının həyat yoldaşının yaydığı məlumatda Naypolun ailəsinin yanında vəfat etdiyi bildirilib.

Naypol 1932-ci ildə Trinidad və Tobaqoda anadan olub. 1971-ci ildə “Asılmış vəziyyətdə” (In a Free State) əsərinə görə Buker mükafatını qazanıb. Daha sonra həmin əsər onilliyin ən yaxşı əsər siyahısına əlavə edilib.

2001-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.