Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-12 12:13:00
MİQ üzrə müsahibə mərhələsinin tarixləri açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi  mərhələsinin nəticələri barədə məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndərilib.

AzEdu.az xəbər verir ki, namizədlər test mərhələsinin nəticələri əsas tutulmaqla proqram təminatı tərəfindən elektron yerləşdirmədə iştirak ediblər. Bu mərhələni uğurla keçən 4337 namizəd müsabiqənin yekun – müsahibə mərhələsində iştirak edəcək. Həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat göndərilib.

Avqustun 13-dən etibarən keçiriləcək müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Fənlər üzrə müsahibə tarixləri:

13 avqust

Azərbaycan dili və ədəbiyyat

Azərbaycan dili

İbtidai sinif

14 avqust

Fiziki tərbiyə

İnformatika

15 avqust

Kimya 

Fizika

Texnologiya

16 avqust

Alman dili

Fransız dili

Rus dili və ədəbiyyatı

Rus dili

Biologiya

Riyaziyyat

17 avqust

Coğrafiya

İngilis dili

18 avqust

Tarix

Musiqi

Təsviri incəsənət