Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-12 11:21:00
ABŞ-da məktəb avtobusu qəzaya uğrayıb - Yaralılar var

ABŞ-ın Nyu-Cersi ştatında məktəb avtobusu qəzaya uğrayıb.

AzEdu.az xəbər verir ki, Trend-in yerli polisə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 42 insan xəstəxanaya yerləşdirilib. İnsident ştatın şimalında Midlseks dairəsində baş verib.

Hüquq-mühafizə orqanlarının rəsmi Twitter səhifəsində bildirilir: "Təxminən 42 nəfər, uşaqlar və böyüklər, yerli xəstəxanalara yerləşdirilib. Ciddi xəsarətlər və ölənlər barədə məlumat yoxdur".