Azedu.az

Bakıda 4 məktəb əyani tədrisə qayıtdı

Məktəblər

10 Fevral 2022, 10:00
Bakıda 4 məktəb əyani tədrisə qayıtdı

Paytaxtdakı 26, 177, 212 və 274 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Belə ki, adıçəkilən məktəblərin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

 

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?
Son xəbərlərDaha çox