Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-11 17:42:00
Abituriyentlərə qızıldan dəyərli MƏSLƏHƏTLƏR

Ali təhsil müəssisələrinə ixtisas seçiminin başa çatmasına 2 gün qalıb. İxtisas seçimi zamanı abituriyentlərə köməklik göstərmək, vacib məqamları onların diqqətinə çatdırmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən “Abituriyent Məsləhət Mərkəzləri” fəaliyyət göstərir.

Lakin bəzi valideynlər iddia edir ki, Məsləhət Mərkəzində ixtisas seçimi zamanı valideynləri, yalnız ödənişli ixtisasları seçməyə məcbur edirlər.

Məsələ ilə bağlı DİM-dən AzEdu.az-a verilən məlumata görə, Məsləhət mərkəzlərində ixtisas seçimi aparılmır:

“Yayılan iddialar tamamilə əsassızdır. Heç kim hansısa ixtisası yazmağa məcbur edilmir. İxtisasları abituriyentlər özləri müəyyən edir, mərkəzdə isə abituriyentlərə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər”.

Xatırladaq ki, Abituriyent Məsləhət Mərkəzləri 11, 12 avqust tarixlərində də fəaliyyət göstərəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları