Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-11 10:26:00
Gənc müəllim əlini qadınlara vurmadığına görə işsiz qaldı - FOTO
Norveçdə gənc müəllim dini inancına görə qadın həmkarları ilə fiziki təmasdan imtina etməsi səbəbindən işini itirib. 
 
AzEdu.az yazır ki, bu haqda “SputnikNews” nəşri xəbər yayıb. Ölkə paytaxtı Oslodakı Ekeberq ibtidai məktəbinin rəhbərliyi qadınlarlarla görüşərkən onların əllərini sıxmaqdan imtina edən müsəlman müəllimlə əmək müqaviləsini yeniləməyib. 
 
“Müəllimələrimiz  onun əl verməkdən  imtina etməsi səbəbindən özlərini təhqir olunmuş hesab ediblər”- deyə məktəb müdiri Bente Alfxeym bildirib. Müsəlman müəllim isə qadınlarla əl sıxışmaqdan imtina etməyinin onlara hörmətsizlikdən yox, İslam qanununun tələb etdiyi kimi, nəfsinin şərindən  qorunmaq istəyindən irəli gəldiyini izah edib.
Bu vəziyyətdə Norveçin hüquq müdafiəçiləri müsəlman müəllimi dəstəkləyiblər. 
 
“Norveçdə dini azadlıq var. Kimsə bir şəxsin dini əməllərinin müəssisənin işinə mane olması səbəbindən işdən azad edilməsini əsaslandıra bilər. Amma bu halda durum tamamilə fərqlidir ”, - deyə İctimai Ayrı-seçkiliyə Qarşı Təşkilatın rəhbəri Axenaton Oddvar de Leon bildirib. (moderator.az)