Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-10 21:48:00
“Türkdilli əlyazmalar kataloqu” nəşrə hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Türkdilli əlyazmalar kataloqu” nəşrə hazırlanıb. İnstitutdan AzEdu.az-a bildiriblər ki, kataloqda bu elm müəssisəsində saxlanılan Azərbaycan, türk, özbək, türkmən və digər türk dillərində müxtəlif illərdə yazılmış ayrı-ayrı əsərlər haqqında məlumatlar verilir.

Kataloqun tərtibçisi institutun şöbə müdiri, professor Azadə Musayeva, elmi redaktoru elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.