Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-10 15:58:00
Azərbaycanlıların Tacikistan universitetlərində təhsil alması üçün kvotalar ayrılacaq - Sənəd imzalandı

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AzEdu.az xəbər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avqustun 10-da isə geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Mərasimdə iki ölkə arasında təhsil əməkdaşlığı ilə bağlı sənəd  imzalanıb. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Protokol”u Azərbaycanın təhsil naziri Ceyhun Bayramov və Tacikistanın təhsil və elm naziri Nuriddin Said imzalayıblar.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları