Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-10 15:44:00
UNEC müəlliminin məqaləsi Türkiyədə nəşr edilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat və işlətmə kafedrasının müəllimi Araz Aslanlının “Rusiyanın Suriya siyasəti” sərlövhəli məqaləsi Türkiyənin ən nüfuzlu beyin mərkəzlərindən biri olan ORSAM-ın (Ortadoğu Stratejik Araştırmalar Mərkəzi – Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi) xüsusi bülleteni kimi nəşr edilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, A.Aslanlı məqaləsində Rusiya Federasiyasının Suriya ilə bağlı siyasətinin tarixi köklərini, müasir beynəlxalq münasibətlər sistemində Suriyanın Rusiya üçün daşıdığı əhəmiyyəti şərh edib. Müəllif, həmçinin Rusiyanın Suriyadakı proseslərə müdaxilə vasitələrini təhlil edib. O qeyd edib ki, Rusiya üçün Suriya tarixi, strateji, iqtisadi və hərbi baxımdan önəm daşıyır. Hazırda Suriyadakı proseslərdə ən vacib mövqeyə malik olan ölkə də məhz Rusiyadır.

UNEC müəlliminin məqaləsi Türkiyənin beyin mərkəzinin xüsusi bülleteni kimi nəşr edilib