Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-29 13:20:00
Dərslərin dəhlizdə keçilməsi iddiasına direktor cavab verdi: “Görüntülər qərəzlidir” - VİDEO

Sosial şəbəkələrdə Samux rayon Çobanabdallı kənd tam orta məktəbində məktəbəhazırlıq qrupu şagirdlərinin sinfə buraxılmaması və dərslərin dəhlizdə keçirilməsi ilə bağlı görüntülər yayılıb.

Lakin məktəbin direktoru Şakir Əhmədov ittihamları qəbul etmir, videonun qərəzli şəkildə yayıldığını bildirir:

“Videoya baxanlar yaxşı görür ki, sağ tərəfdəki sinif boşdur. O görüntülər qərəzlidir. Bizdə iki məktəbə hazırlıq qrupu var, hər iki qrupa da davamlı olaraq dərslər keçirilir. Bizim sinif otaqları ilə bağlı problemimiz yoxdur”.

Samux Rayon Təhsil Şöbəsindən bildirilib ki, video qərəzlidir və Təhsil Nazirliyinə bununla bağlı məlumat verilib.

Qeyd edək ki, Çobanabdallı kənd tam orta məktəbi bir müddət öncə əsaslı təmirdən sonra istifadəyə verilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: