Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-30 15:12:00
Ən şəffaf universitetlərimiz hansılardır?- Sosial şəbəkədə sorğu  

 

Ümumilikdə ölkə təhsil sistemində edilən dəyişikliklər, yeniliklərlə yanaşı mövcud olan problemlərin sayı da az deyil.

 

Sosial şəbəkələrdə, hazırda universitetlərdə imtahan sessiyasının davam etdiyini diqqətə çatdıraraq qanunsuz pul yığımları olduğunu deyilir.

 

Tələbələrin sözlərinə görə, xüsusilə də ali təhsil müəssisələrində bu halın çox sayda müşahidəsilə bağlı kifayət qədər şikayət və tənqidlər olur.

 

Bir qisim universitetdə  şəffaflıq  istiqamətində xeyli  işlərin  görülməsinə baxmayaraq, ayrı-ayrı fakültə və kafedralarda təəssüf ki, bu hal müşahidə olunmaqda davam edir

 

Bəs ali təhsil müəssisələrindən hansı daha şəffadır? Sosial şəbəkə istifadəçilərinin  bununla bağlı düşüncələri nələrdir?

 

AzEdu.az bu istiqamətdə keçirdiyi sorğunu təqdim edir:

 

Gülər Seymurqızı: “UNEC-in adı şəffaflıqda çox çəkilir. Universitetlərin çoxunda rüşvət alınır. Sərbəst işin içində pul istəyən kim, kitablarını uşaqlara məcburi aldırdıqdan sonra qiymət yazan kim... Nə qədər istəsən, fakt var”.

 

Kənan Bağırov: “2015 ə kimi Azərbaycanda sanballı universitetlər arasında ADNSU bəlkə də ən çox rüşvətxorluqda ittiham olunurdu və təbii ki də belə idi. Professor Mustafa Babanlı gələndən sonra, adamın haqqını vermək lazımdır, rüşvət yoxdur. Hazırda şəffaf universitetlərdən biridir. Yəni ən azından oxuduğum 3 il müddətində bu halın şahidiyəm. Buna cəhd edənlər də işdən uzaqlaşdırıldı. Ona görə hələ ki, həm şəffaf, həm təhsil,  imtahanların çətinliyi  baxımından ADNSU'nun adını çəkə bilərik”.

 

Zaur Hətəmov: “AzTU-da Vilayət müəllim gəldikdən sonra rüşvət yığışdırılıb deyə bilərəm”.

 

Məryəm Nəbiyeva: “BDU-da oxumayan bir çox insan BDU'nu deyir. İmtahan olan ərəfələrdə üzümə dururdular ki, imtahandan pulsuz keçmək olmur, inanmırdılar pulsuz keçdiyimə. İndi də " diplomu pulsuz vermirlər", deyirlər(yenə BDU'nu bitirməyənlər)”.

 

Nağıyeva Pakizə:

“Mənim üçün ən şəffaf Mingəçevir Dövlət Universiteti  olub. Mən artıq bitirsəm də əvəz olunmaz universitet olub”.

 

Aləmdə Nəsib: “Yaxşı ki, o rüşvəti görmədən universitet illərini tər-təmiz bitirə biləcəyimiz bir fakültə (BDU Jurnalistika) düşdü payımıza”.

 

 

Ürfət Mirzəyev:

“Təhsil sisteminin özündə həllini tapmamış problemlər varkən hansısa ali təhsil ocağından keyfiyyətli təhsil gözləmək əbəsdir. Ən yaxşısı,- “hansı ali təhsil ocaqlarında dəbdəbəli bufetlər var?” -deyə müqayisə aparmaq lazımdır”.

 

Aysel Aslan: “Şəffaflıq baxımından bitirdiyim Dövlət İdarəçilik Akademiyasını misal göstərə bilərəm. Son zamanlar isə şəffaflıq məsələsində ən çox adını eşitdiyim UNEC-dir”.

 

Aynaz Ələkbərli: “UNEC-də oxumuşam, həqiqətən rüşvət olmadığını bilirəm, yəni görməmişəm”.

 

Vüsalə Ağayeva: “Oxuyana hər yerdə yaşıl işıqdır”.

 

Kənan Qasımov: “BMU da oxuyuram rüşvətə aid mənfi heç bir şey eşitməmişəm. Müəllimin ona olunan təklifi necə rədd etdiyinin də şahidi olmuşam”.

 

Munis Əsədov: "Nə qədər həyatdan ,oxumaqdan, ixtisasdan bezdirsə də bu barədə haqqını verməliyəm. ADNSU-da bəlkə də kimlərsə pul verir, necəsə mümkündür amma mən bu 5 ildə hələ belə bir hadisə nə eşitmişəm, nə də görmüşəm. Müəllimlərdə qəti bal kəsmir və ya dəhşət artıq bal yazmaz. Sistem elə qurulub ki, tələbə belə bir təklifi etməyə utanar.

Bir dəfə qrup yoldaşımız müəllimə telefonda təklif etmişdi, dərs zamanı müəllim onu pərt elədi ki, mən təhsil işçisiyəm, bazar adamı deyiləm".