Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-28 16:19:00
“Məktəblinin dostu” layihəsi çərçivəsində keçirilən yarışın qalibləri müəyyənləşib  

Məktəblilər arasında “Azərbaycan filmlərində milli adət və ənənələrimiz” mövzusunda yarış keçirilib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində baş tutan yarışda Bakı şəhər 114 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

 

Tədbirin təşkil olunmasının əsas məqsədi şagirdlərə milli, tarixi ənənələrimizi öyrətməklə yanaşı, onlara Azərbaycan kinematoqrafiyasını tanıtdırmaqdan ibarət olub. 3 turdan ibarət yarışda şagirdlərə Azərbaycan filmlərindən suallar təqdim edilib, filmlərdən bəzi fraqmentlər nümayiş olunub. Tədbirin davamında məktəblilər məşhur Azərbaycan filmlərinin ən yaddaqalan səhnələrini canlandırıblar.

 

Altı komandanın iştirak etdiyi yarışda 1-ci yeri “Əhməd haradadır?”, 2-ci yeri “Qaraca qız”, 3-cü yeri isə “Qaynana” komandası tutub.

 

Qalib komandalara sertifikatlar təqdim olunub.