Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-28 14:43:00
Dərsə mane olan şagirdlər dövlət qanununu pozmuş sayılırlar – Hüquqi qiymət

 

Son günlər ümumi təhsil müəssisələrində baş verən xoşagəlməz hadisələr ictimaiyyət arasında müzakirə olunmaqdadır.

 

Xüsusilə də 165 nömrəli məktəbdə baş verənlər, nəticədə müəllimə məktəb rəhbərliyi tərəfindən töhmət verilməsi həm təhsil ictimaiyyəti, həm də cəmiyyətin əksər nümayəndələri tərəfindən tənqid edilir.

 

AzEdu.az belə olan halda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa nəzər salmağı vacib hesab edir.

 

Qanunda “Təhsilalanların hüquq və vəzifələri” bölməsi yer alır. Bu hissədə istənilən pillə üzrə təhsilalan şəxslərin (şagirdlər, tələbələr) təhsil sistemində sahib olduqları hüquqları və vəzifə öhdəlikləri ətraflı şəkildə qeyd olunur.

 

Son baş verən hadisələrdə şagirdlərin davranışlarını nəzərə alaraq onların tədris prosesindəki vəzifələrini təqdim edirik:

 

  • dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
  • üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; 
  • sağlam həyat tərzi keçirmək;
  • pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
  • təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
  • dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
  • təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;
  • qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

Qeyd edək ki, bu Qanunun tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.