Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-28 12:48:00
Biologiya və tarix fənni üzrə işçi qruplarının iclası keçirilib

27 yanvar 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib

 

AzEdu.az xəbər verir ki, Hər iki fənn üzrə işçi qrupunun iclasında gündəlik məsələ 2021‑ci ildə keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanında abituriyentlərin cavab verməkdə çətinlik çəkdiyi bəzi tapşırıqların izahına dair metodik tövsiyənin hazırlanması olmuşdur. Metodik tövsiyələr “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

İşçi qruplarının növbəti iclası 3 fevral 2022-ci il tarixində olacaq.