Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-10 14:18:00
“Azərbaycanda tarix müəllimi olmağa hazırlaşanlar xəritənin nə olduğunu bilmirlər” – Gənc müəllimdən ağır ittiham  

AzEdu.az saytı Azərbaycanın müxtəlif bölgə və şəhərlərində çalışan müəllimlərin silsilə yazılarını işıqlandırmağa davam edir. Bu dəfəki yazı Bakı şəhəri 197 nömrəli məktəbdə çalışmış Coğrafiya müəllimi  Osman Eminova aiddir.

AzEdu.az yazını təqdim edir:

Salam. Mən coğrafiya müəllimiyəm. Bakıda197 nömrəli məktəbdə müqavilə ilə işləmişəm. Builki MİQ imtahanlarında iştirak etmişəm , hazırda cavabını gözləyirəm. Dörd ildir repetitorluqla məşğulam.

Ondan narazıyam ki, qruplardan cəmi birində coğrafiya fənni var, bu da II qrupdadır.  I qrupda geologiya, xəritəçəkmə, geodeziya kimi ixtisaslar coğrafiyanın bölmələridir. Necə olur ki,  ixtisaslar I qrupda olur, amma fənn olmur? III qrupda tarix fənni var, məgər şagirdlər tarix keçəndə xəritədən istifadə etmirlər? Əlbəttə ki,  eləyirlər. Coğrafiya bilmədən bu necə mümkün ola bilər? Ölkəmiz turizm ölkəsidir, amma coğrafiyaya bu qədər ögey münasibət var. Bunu hansı məntiqlə izah edirsiz?

Yalnız Azərbaycan təhsil sistemində coğrafiya fənni üzrə şagirdlərə həddindən artıq çətin, müəllimlərə isə  asan suallar salırlar. I qrupda coğrafiyanın bir bölməsi olan "Xəritəşünaslıq" ixtisasi var və bu ixtisasa coğrafiya bilməyənlər daxil olurlar.

Yalnız Azərbaycan təhsil sistemində tarix müəllimi olmağa hazırlaşanlar xəritə bilmirlər. Xatırladım ki, tarix fənninin məzmun standartlarından biri "Tarixi-məkan"-dır.  Ey əziz tarixçilər, bu məkanı uşaqlara necə göstərirsiz?

Ps: II qrupa Ümumi tarixin salınmasını kim fikirləşibsə, məncə, Azərbaycan iqtisadiyyatının inkişaf etməsini istəmir. Çünki, Ümumi tarixə görə iqtisadiyyat ixtisasları ilə dolu olan II qrupa gedənlərin sayı azalır.