Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-27 17:15:00
Macarıstanda təqaüdlə təhsil almaq üçün müraciət edən namizədlərin müsahibəsinə başlanılıb  

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2022-2023-cü tədris ili üzrə Macarıstanda təhsil almaq üçün müraciət edən və meyarlara uyğun gələn namizədlərlə müsahibələr başlanılıb.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibələr “Microsoft Teams” platforması üzərindən müvafiq ixtisas istiqamətləri üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri, müvafiq sahələrin ekspertləri tərəfindən aparılır.

 

Müsahibə zamanı səs və video yazılışın aparılması səlahiyyəti yalnız Təhsil Nazirliyinə aiddir. Namizədin müsahibələrin səs və ya video yazılışı apararaq 3-cü tərəfə ötürməsi halı aşkarlanarsa, həmin şəxsin nəticəsi etibarsız hesab ediləcək