Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-27 15:55:00
Müəllim əsəbləşə də bilər, onlar da insandır-Rəşid Mahmudov

 

 

“Bəzən şagird elə hərəkət edir ki, müəllim özünü saxlaya bilmir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Tibb Universitetinin dosenti, tanınmış həkim Rəşid Mahmudov  deyib.

 

Belə ki, son zamanlar təhsil müəssisələrində müəllim və şagirdlər arasında bir çox xoşagəlməz hadisələr baş verir. Bunlar cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

 

Rəşid Mahmudov məsələ ilə bağlı fikilərini ifadə edib:

 

“Günahı tək müəllimlərdə deyil, həm də şagirdlərdə axtarmaq lazımdır. Qonşu Rusiyada  səhər evdə uşaqlara yemək verilmir, onlar məktəbə gələn kimi  kofe içirlər. Bu xalq alimlərin qanunları ilə gedir, nəticədə uşağın boyu artır, inkişaf edir və düşüncəsi formalaşır. Ruslar uşaqlara bol qidalar verir, evə gələndə isə onlara bir naringi, bir də alma yedirirlər. Bizdə məktəbdə uşaqlara yemək verilmir. Bu, da onların əqli inkişafına təsir edir”.

 

Rəşid Mahmudov qeyd edir ki, döyən də, dalaşan da olacaq:

 

“Bu, hər yerdə mövcuddur. Müəllim əsəbləşə də bilər, onlar da insandır. Bəzən şagird elə hərəkət edir ki, müəllim özünü saxlaya bilmir. Uşaqları düzgün tərbiyə etmək lazımdır.

 

Şagirdlərin  bir qisminin  psixoloji durumu normal olmaya bilər, bu işlərlə məktəb psixoloqları məşğul olmalıdır. Şagird ayağını ayağının üzərinə aşıraraq partanın üzərində uzanır. Bu, olmaz, düzgün deyil, bəzən şagirdlər pəncərələri qırır və sındırır. Müəllimdə varsa, şagirddə də olur. Uşaqların psixologiyası zəifdirsə, onu psixoloqa aparmaq lazımdır. Buna da məktəbdə diqqət etmək vacibdir. Psixoloqlar şagirdlərə fikir verməli, onların inkişafı ilə məşğul olmalıdılar. Yoxsa, indiki məktəb psixoloqları elə işə gəlib-gedirlər, amma şagirdlərin vəziyyəti ilə maraqlanmırlar”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları