Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-27 14:00:00
Təhsil İnstitutu tərəfindən məktəblərə metodik dəstək göstərilir  

Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun iştirakı ilə Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları 301 və 227 saylı tam orta məktəblərin rəhbər və pedaqoji heyəti ilə görüş keçiriblər.

 

İnstitutdan AzEdu.az -a bildirilib ki, metodik dəstək prosesində hər bir məktəbin inkişaf proqramının hazırlanması nəzərdə tutulub. Məktəbin inkişaf planının hazırlanmasında seçilmiş pedaqoji heyətə mərkəz əməkdaşları tərəfindən dəstək göstərilib. Həmçinin müəllimlərin dərsləri dinlənilib, ehtiyacları müəyyənləşdirilib, müəllimlər və metodbirləşmə rəhbərləri ilə fərdi və kollektiv söhbətlər aparılıb. Mərkəzin əməkdaşları tərəfindən hazırda məktəblərdə təşkil edilən BSQ suallarına baxış keçirilib və müvafiq rəy bildirilib.

 

Müxtəlif ümumtəhsil müəssisələrində 6 sahə üzrə yoxlamalar aparılıb. Yoxlamaların aparıldığı məktəblərə metodik dəstəyin göstərilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, Təhsil İnstitutunun ekspert və mütəxəssisləri tərəfindən metodik dəstək göstəriləcək məktəblərdə pedaqoji heyət üçün seminar və maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.