Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-27 11:48:00
Latviyada növbəti tədris ili üzrə təhsil imkanı  

Latviya Respublikası Hökuməti 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir. Proqram bakalavriat, magistratura və doktorantura səviyyələri üzrədir.

 

Müsabiqədə iştirak üçün vətəndaşlar aprelin 1-dək müraciət edə bilərlər. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi tərəfindən veriləcək.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla Təhsil Nazirliyinin saytında tanış olmaq olar.