Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-26 17:00:00
Dünyaca məşhur azərbaycanl alim təqaüdə çıxdı

“Agentliyin missiyası nüvə silahlarının yayılmaması rejiminə, nüvə texnologiyalarının dinc məqsədlər üçün istifadə olunması işinə xidmət etməkdən ibarətdir. Fəaliyyət göstərdiyim illər ərzində bu missiyanın həyata keçirilməsində mənim də bir informasiya texnologiyaları mütəxəssisi olaraq azacıq payımın olması səbəbiylə qürur duyuram.

 

Bu beynəlxalq təşkilatda çox şeylər öyrəndim; geniş texniki və idarəetmə təcrübəsinə yiyələndim və əlbəttə ki, çoxlu dostlar qazandım.

 

Birlikdə çalışdığım həmkarlarıma, dostlarıma minnətdarlıq edir, onlara firavan və sağlam həyat, bol-bol uğurlar arzulayıram”.

 

Qeyd edək ki, 2005-ci ildə Norveç Sülh Komitəsinin qərarı ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və onun Baş Direktoru Mohamed ElBaradei Nobel Sülh mükafatına layiq görülürlər Peace Prize Awarded to IAEA and Director General. Mükafat Atom Enerjisi üzrə Beynəlxalq Agentliyk və Mohamed ElBaradei arasında, onların nüvə enerjisinin hərbi məqsədlərlə istifadəsinin qarşısının alınmasında və nüvə enerjisinin sülh məqsədləri ilə mümkün olan ən təhlükəsiz şəkildə istifadəsinin təminatında göstərdiyi səylərinə görə, iki bərabər hissədə paylaşılmışdır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları