Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-26 16:00:00
Dövlət qulluğu üzrə müsahibə suallarının hazırlanması ilə bağlı müzakirələr aparılıb  

Dövlət İmtahan Mərkəzinin (DİM) Müsahibələrin təşkili şöbəsinin müdiri Xədicə Əzimova və aparıcı məsləhətçisi Kamran Səfərovun iştirakı ilə dövlət qulluğu üzrə müsahibələrdə müstəqil ekspert qismində iştirak edən şəxslərlə onlayn görüş təşkil edilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, görüşdə 2021-ci il ərzində dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsahibələr təhlil edilib. Onlayn müsahibələrin üstünlükləri və yaranan çətinliklər, müsahibələrin keçirilmə prosesinin təkmilləşdirilməsi, o cümlədən namizədin potensialından istifadə imkanlarının aşkara çıxarılması və vakant vəzifəyə yararlılığını müəyyən etmək üçün meyarlar üzrə hərtərəfli qiymətləndirilməsi, onların səriştə və bacarıqlarının düzgün müəyyən edilməsi məqsədilə spesifik müsahibə suallarının hazırlanması ilə bağlı müzakirələr aparılıb.

 

Görüşdə iştirak edən ekspertlər müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.