Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-25 17:13:00
İmtahan müddətində 7 tələbə COVİD-19-a yoluxub-Rektor AÇIQLADI

 

“Pandemiya şəraitində COVİD-19-dan müdafiə üçün bütün tədbirlər həyata keçirilir. Bu məqsədlə imtahanların təşkili əsasən, geniş auditoriyalarda həyata keçirilir”

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qeyd edib.

 

Rektor yolxuma səbəbilə imtahanda iştirak edə bilməyən tələbələr üçün şərait yaradılacağını bildirib:

 

“İmtahan müddətində 7 tələbəmizdə yoluxma halı müşahidə olunub, onlar prosesdən təcrid olunur. Həm yoluxma, həm də digər üzrlü səbəblərlə imtahanlarda iştirak edə bilməyən tələbələrimiz üçün 2 fevral tarixindən sonra 10 gün ərzində onlar üçün ayrıca imtahanlar təşkil olunacaq”.