Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-25 14:51:00
“Məktəblinin dostu” layihəsinə baxış

“Təhlükəsiz məktəb, arxayın valideyn” devizi altında reallaşan “Məktəblinin dostu” layihəsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən təhsilin idarə edilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə yaradılıb. “Məktəblinin dostu” layihəsinin icrasına ilkin olaraq 2016-2017-ci tədris ilində Bakı şəhərinin 30 məktəbində başlanılıb. 2021-2022-ci tədris ilində layihə Bakı şəhəri üzrə 186, Sumqayıt şəhəri üzrə 20, Abşeron rayonu üzrə 20 təhsil müəssisəsini əhatə edir. Hazırda layihə daxilində 400 əməkdaş ümumilikdə 226 məktəbdə təhsil alan 400 minə yaxın şagirdə xidmət göstərir.

 

AzEdu.az Təhsil Nazirliyinin saytına istinadla “Məktəblinin dostu”nun fəaliyyətini əks etdirən fotoları təqdim edir.