Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-25 11:24:00
  STEAM mərkəzləri - intellektual inkişafa qoyulan sərmayə

STEAM mərkəzlərinin yaradılması intellektual inkişafa qoyulan sərmayədir. Burada formalaşdırılan bacarıqlar uşaq və gənclərin təhsilə, elmə, müxtəlif peşələrə marağını artırmaqla, səmərəli təlim-tərbiyə mühiti formalaşdırır, dünyanın təhsil mühitinə inteqrasiyanı sürətləndirir”.

 

AzEdu.az xəbər verri ki, bu sözləri “Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktoru Böyükağa Mikayıllı əməkdaşımızla söhbətində bildirib.

 

O qeyd edib ki, son dövrlər ölkənin müxtəlif regionlarında Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırılan layihə əsasında STEAM mərkəzlərinin açılması və açılış mərasimlərində Təhsil naziri Emin Əmrullayevin şəxsən iştirakı gələcəyin təhsil modeli adlandırılan STEAM-a böyük marağın olduğunu deməyə əsas verir.

 

B.Mikayıllı qeyd edib ki, STEAM şagirdin düşüncəsində yaradıcılıq meyllərinin, elmlərə marağın artmasını, təcrübə ilə nəzəriyyəni vəhdətdə tətbiq edən, düşündüklərini məntiqi şəkildə icra etməyi, birgə tədqiqat aparmağı, yeni ideyalar yaratmağı, real həyat situasiyalarında uyğun davranmağı bacaran müasir dünyagörüşlü gənclərin formalaşmasını hədəfləyir. Yaradıcılıq elə bir potensialdır ki, bu potensiala sahib olmaqla, istənilən peşə sahəsində uğur əldə etmək mümkündür, deyə B.Mikayıllı bildirib.

 

O, eyni zamanda qeyd edib ki, STEAM şagirdlərin tədqiqatçılıq bacarıqlarının formalaşdırılması, düşüncədəki çərçivələrin aradan qaldırılması üçün də dünyanın inkişaf etmiş təhsil sistemlərinin qəbul etdikləri olduqca səmərəli bir yoldur. STEAM mərkəzlərini uşaq və gənclər üçün elmi yaradıcılıq laboratoriyası da adlandırmaq olar. Elə bir laboratoriya ki, şagird burada elmi nailiyyətlərin reallaşmasını müşahidə edir və bu prosesin iştirakçısına, eləcə də yaradıcısına çevrilir. Uşaq yaşlarından inkişaf etdirilən tədqiqatçılıq bacarıqları gənclərin gələcəkdə elmi araşdırmalara həvəs göstərməsi üçün də vacib amildir, deyə B.Mikayıllı söyləyib.