Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-25 11:00:00
Eksternat qaydasında buraxılış imtahanının vaxtı məlum olub

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-3-də eksternat qaydasında buraxılış imtahanı (11 illik) keçirəcək.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bu tarixdə, həmçinin əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı da keçiriləcək. İmtahanların keçiriləcəyi yer barədə məlumat veriləcək.