Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-25 09:38:00
Buraxılış imtahanları niyə  martda keçiriləcək ? -SƏBƏBLƏR

Mart ayının 5-dən başlayaraq DİM buraxılı imtahanlarını təşkil edəcək. İmtahanlar mərhələli şəkildə 5,6,12,13 mart tarixlərində keşiriləcək. 

Nə üçün buraxılış imtahanları martda keçirilir?

AzEdu.az DİM-in cavabını təqdim edir:

 Fənn kurikulumların mahiyyətinin yalnız biliklərin verilməsi deyil, bacarıqların formalaşması olduğundan, buraxılış imtahanlarında əsas etibarı ilə bacarıqlar yoxlanılır və qiymətləndirilir. Tədris proqramlarına görə xarici dil fənni üzrə 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur.
Ona görə də buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları