Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-24 15:20:00
UNEC-in “Web of Science” elmi platformasındakı göstəriciləri açıqlanıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Web of Science” elmi platformasındakı profilində 1975-2022-ci illərdə 592 elmi əsər vardır. Bu elmi əsərlərə verilən ümumi istinadların sayı 1647, özünə istinadların sayı 269, H-index isə 19 olub.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, elmi əsərlərin 82.6 faizi və ümumi istinad sayının 83.7 faizi məhz 2016-2022-ci illərin payına düşür.

 

Elmi platformada indekslənən elmi əsərlərin 352-si elmi məqalə, 227-si elmi məruzə və 13-ü isə digər növdədir. Bu istiqamətdə UNEC tədqiqatçıları Azərbaycanda və xaricdə fəaliyyət göstərən akademik və ali təhsil müəssisələri ilə əməkdaşlıq edib.

 

UNEC əməkdaşlarının 592 elmi əsəri “Web of Science” bazasında indekslənən 220 adda elmi nəşrdə dərc olunub. Elmi istiqamətlərə görə əsərlərin 223-ü biznes iqtisadiyyatına, 148-i dövlət idarəçiliyinə, 97-si fizikaya, 45-i materialşünaslığa, 42-si texnoloji elmlərə, 41-i riyaziyyata, 35-i kompüter elmlərinə, 33-ü ətraf mühit elmlərinə, 27-si avtomatik nəzarət sistemlərinə, 26-sı əməliyyatlar tədqiqat idarəetmə elminə, 25-i kristoloqrafiyaya, 23-ü mühəndisliyə, 22-si kimyaya, 14-ü yanacaq enerjisinə və s. aiddir.

 

“Web of Science” elmi platformasının bazasında indekslənən 592 elmi əsərin 55-i Türkiyənin, 45-i Rusiyanın, 34-ü ABŞ-ın, 25-i Ukraynanın, 24-ü İtaliyanın, 20-si Səudiyyə Ərəbistanının, 19-u Böyük Britaniyanın, 16-sı Almaniyanın, 11-i Çinin , 8-i Tacikistanın, 7-si Polşanın, 6-sı Çexiyanın, 4-ü Belarusun, 4-ü Macarıstanın və s. tədqiqatçıları ilə birgə yazılıb.

 

Məlumat bu ilin “Web of Science” elmi platformasının verilənlərinə əsasən tərtib olunub.