Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-24 13:16:00
Rumıniyada təqaüd proqramı ilə təhsil almaq üçün sənəd qəbulu aparılır

Rumıniya Xarici İşlər Nazirliyi 2022-2023-cü tədris ili üzrə təqaüd proqramı elan edib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramına martın 15-dək müraciət etmək olar. Ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan olunan təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.

 

Proqram haqqında ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.