Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-24 12:52:00
Şagirdlər  keyfiyyətsiz təhsilə görə məhkəmədə iddia qaldırıla bilərlər -QANUN  

Müəyyən  hallarda  təhsil  müəssisəsinin  təhsili dövlət təhsil standarlarına  uyğun  təşkil  etməyərək keyfiyyətsiz  kadr  hazırlığına  səbəb  olması  müşahidə  oluna  bilər.

 

AzEdu.az  “Təhsil  haqqında” Qanuna  əsasən  xəbər  verir ki,  bu  halda  müvafiq  icra  hakimiyyətinin  məhkəmədə  iddia  qaldırmaq  hüququ var.

 

Qanunda  qeyd  edilir  ki, təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda  vurulmuş zərərin ödənilməsi   barədə  müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər.

 

Bununla  yanaşı  iddiaya, təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi də daxildir.