Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-22 14:00:00
Dövlət orqanlarında 9 inzibati vəzifə üzrə daxili müsahibə elan edilib

Yanvarın 21-də Kənd Təsərrüfatı Nazirliyi və Gənclər və İdman Nazirliyində inzibati vəzifələrin 2-4-cü təsnifatına uyğun olan dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) aid 9 inzibati vəzifənin tutulması məqsədilə daxili müsahibə elan edilib.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Aqrar Kredit və İnkişaf Agentliyinin sədri vəzifələridir.

Ümumilikdə isə Kənd Təsərrüfatı Nazirliyində 7, Gənclər və İdman Nazirliyində 2 vakant inzibati vəzifə daxili müsahibəyə çıxarılıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə DİM tərəfindən göstərilən dövlət xidmətlərin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifələrin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Daxili müsahibədə iştirak etmək istəyən namizədlər fevralın 9-u saat 18:00-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.