Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-21 12:48:00
"Təhsil Nazirliyinin layihəsi oxucu və şagirdlərə həqarətdir" - Tanınmış yazıçıdan ETİRAZ

 

“Bu, Azərbaycan ədəbiyyatına, onu yaradanlara, elə oxucu və şagirdlərə də həqarətdir”

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, tanınmış yazıçı Elçin Hüseynbəyli Təhsil Nazirliyinin “Düşünən oxucu” layihəsində təqdim olunan əsərlər haqqında qeyd edib.

 

Yazıçı məsələyə iradını bildirərək, Qarabağa aid əsərlərin orada qeydə alınmalı olduğunu da vurğulayıb:

 

“Tanınmış təhsil ekspertlərindən biri mənə bir məktub göndərib. Həmin məktubda Təhsil Nazirliyinin "Düşünən oxucu" layihəsindən söhbət açılır. Layihənin şərtləri və ora daxil edilmiş əsərlərin siyahısını sizə təqdim edirəm. Məktub sahibi bu layihənin biabırçılıq olduğunu hesab edir və mən onun fikirlərinə şərikəm. Diqqət yetirin! Şagirdlərə təqdim olunan 35 əsər arasında yalnız 5-i Azərbaycana aiddir: üçü dastan, biri klassika, yalnız biri azərbaycanlı uşaq yazarıdır. Fikrimcə, bu, Azərbaycan ədəbiyyatına, onu yaradanlara, elə oxucu və şagirdlərə də həqarətdir. Çünki bizim yetərincə dəyərli yazıçılarımız və ədəbi nümunələrimiz var. Heç olmasa, daim aktual olan Qarabağa aid əsərlər orda yer almalıydı. Bu, hansı "ağılın" məhsuludur, bilmirəm!? Xahiş edirəm, münasibət bildirəsiniz və bunu icitimailəşdirmək istəyən təəssübkeş təhsil ekspertimizə dəstək olaq, paylaşaq!”

 

Layihənin şərtləri və verilən ədəbiyyat siyahısını təqdim edirik:

 

“Düşünən oxucu” müsabiqəsinin şərtləri

  1. Şagirdlər siyahıdakı əsərlərdən birini oxuyur və videotəqdimat hazırlayır.
  2. Maksimum 5 dəqiqə olan videotəqdimatda şagird bədii əsərin mövzu və ideyasını təhlil edir, əsərin ona təsirini dəyərləndirir.
  3. Əsərin təhlili zamanı şagird “Bədii qəhrəmanın yerinə olsa idim, nə edərdim?”, “Əsərin müəllifinə hansı sualları verərdim?”, “Niyə bu kitabı oxumağı həmyaşıdlarıma məsləhət bilirəm?” suallarından ən azı birinə cavab verməlidir.
  4. Videotəqdimat ağ fonda çəkilməli və digər səslər videoçəkilişə düşməməlidir.

“Düşünən oxucu” müsabiqəsi üzrə oxu ədəbiyyatının siyahısı

  1. “Koroğlu” dastanı
  2. “Qaçaq Nəbi” dastanı
  3. “Qaçaq Kərəm” dastanı
  4. Nizami Gəncəvi “Oğluma nəsihət”
  5. Zahid Xəlil “Kralın kreslosu”
  6. A.Sent-Ekzüperi “Balaca şahzadə”
  7. Aleksandr Belyayev “Amfibiya adam”
  8. Aleksandr Düma “Qraf Monte-Kristo”
  9. Anna Syuell “Qara köhlən”
  10. Artur Konan Doyl “Baskervillərin iti”
  11. Artur Konan Doyl “Şerlok Holmsun Macəraları- Qozbel”
  12. Astrid Lindqren “Şir ürəyi qardaşları”
  13. Cek London “Bəyaz diş”
  14. Çingiz Aytmatov “Dəniz kənarıyla qaçan alabaş”
  15. Coan Roulinq “Harri Potter və fəlsəfə daşı”
  16. Con Tolkin “Üzüklərin hökmdarı”
  17. Conatan Brayan “Göz yaza bilər”
  18. Conatan Svift “Qulliverin səyahətləri”
  19. Daniel Defo “Robinzon Kruzo”
  20. Edit Nesbit “Dəmir yol uşaqları”
  21. Endryu Leyn “Qırmızı zəli”
  22. Fatih Ərdoğan “Sehrli çətir”
  23. Fenimor Kuper “ Sonuncu mogikan”
  24. Frensis Börnet “Sirli bağ”
  25. Herbert Uels “Görünməz adam”
  26. Lül Vern “20000 lyö su altı ilə”
  27. Lyusi Montqomeri “Qrin Qeybiz malikanəsinin qızı Anni”
  28. Malala Yusəfzay “Əlində kitab olan qız”
  29. Mark Tven “Tom Soyerin macəraları”
  30. Mark Tven “Heklberri Finnin macəraları”
  31. Mayn Rid “Başsız atlı”
  32. Riçard Nayt “Qış kölgəsi”
  33. Rick Riordan “Persi Cekson və Əcinələr dənizi”
  34. Robert Stevenson “Dəfinələr adası”
  35. Ursula Le Guin “Dəniz torpaqlarının cadugəri”.